Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində qələbənin 71 illiyi qeyd olunub

09 may 2016 | 16:00

Mayın 9-da Balakən  rayonu faşizm üzərində qələbənin 71 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq mühafizə orqanı rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri İkinci Dünya Müharibəsində həlak olmuş balakənlilərin xatirəsinə ucaldılan “Ana”  abidə-kompleksinin önünə tər gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.
Tədbirdə Balakən rayon İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr və maddi yadımlar verilib. Səhhəti və qocalığı ilə əlaqədar tədbirdə iştirak etməyən Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olmuş, onlara bayram sovqatları çatdırılıb.

Keçidlər