Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Milli Qurtuluş Günü qeyd edildi

14 iyun 2016 | 16:00

Balakəndə 15 İyun – Milli Qurtuluş Günü böyük sevinc və təntənə ilə qeyd olundu. İyunun 13-də səhər tezdən rayon icra hakimiyyətinin aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri ulu öndərin möhtəşəm abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra bayram tədbiri rayon Mədəniyyət Mərkəzində davam etdirildi. Təntənəli yığıncağı Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev açaraq məruzə ilə çıxış edib. Rayon rəhbəri qeyd edib ki, Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ildə siyasi hakimiyyətə möhtəşəm qayıdışı Azərbaycan tarixində həlledici rol oynadı. Heydər Əliyev öz dönüşü ilə dövlətimizi və xalqımızı xilas etdi. Ulu öndər həyatının ən böyük missiyasını yerinə yetirmiş oldu. Həmin tarixi qayıdış olmasaydı, bəlkə bugünki Azərbaycan da olmazdı. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin  qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı etibarlı şəkildə alınmışdır. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, stabillik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq hər bir cəmiyyət üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yaranmışdır. 
Ulu öndər Heydər Əliyev ölkəmizdə dövlətin yaşaması, mövcudluğu üçün çox  zəruri olan idarəçilik məktəbi yaratdı. Bu məktəbin ən kamil yetirməsi cənab İlham Əliyev bu gün xalqın məhəbbətini qazanıb. Çünki o, Azərbaycan Prezidenti kimi Heydər Əliyev ideyalarını uğurla davam etdirir, ulu öndərin görmək istədiyi Azərbaycanı qurur. Dünyada gedən qlobal iqtisadi böhran şəraitində dövlətin həyata keçirdiyi antiböhran tədbirlərinin içərisində real iqtisadiyyata sərmayə qoyuluşunun davam etdirilməsi, sosial öhdəliklərin dəstəklənməsi, sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi və eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər də çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanın qlobal iqtisadi-maliyyə böhranından minimum itki ilə çıxan ölkələrdən olması ilk növbədə dövlət başçısı İlham Əliyevin dərindən düşünülmüş və ciddi elmi əsaslara söykənən müstəqil iqtisadi siyasət yeritməsi ilə şərtlənir.
İslam Rzayev qeyd edib ki, İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət respublikamızın hər bir bölgəsində olduğu kimi Balakən rayonunda da artıq öz bəhrəsini verməkdədir. Ölkə başçısının tapşırığına əsasən rayonda kənd təsərrüfatının, o cümlədən qarğıdaçılığın, tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi əhalinin məşğulluq səviyyəsinin və maddi rifah halının yüksəldilməsinə öz təsirini göstərir, rayonun mövcud iqtisadi potensialından və əmək ehtiyatlarından maksimum istifadə olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın, xüsusilə aqrar sektorun inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqları Balakən rayonunda uğurla icra edilir.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film və ədəbi-bədii kompazisiya nümayiş etdirilib, mədəniyyət işçilərinin ifasında musiqilər ifa olunub.

Keçidlər