Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 26 İyun-Silahlı Qüvvələr günü qeyd edildi

25 iyun 2016 | 16:00

25 iyun 2016-cü il tarixdə Balakən RİH-də  26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələr  Gününə   həsr olunmuş  tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd etdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri dövlət müstəqilliyimizin bərpasından, xüsusən Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir.Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 İyun tarixi Azərbaycan Respublikası Sülahlı Qüvvələr günü elan edilmişdir.
Bu gün Respublikamızın hər bir guşəsində 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Bütün sahələrdə olduğu kimi ordumuzun günü-gündən möhkəmlənməsi istiqamətində də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ümummilli liderimiz Heydər Əliyevin siyasəti uğurla davam etdirilir.
              2016-cı ilin aprelin 2-dən 5-dək mənfur ermənilər bütün cəbhəboyu yaşayış məntəqələrimizi intensiv atəşə məruz qoydular. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar oldu. Döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyəti, hərbi təcrübəsi və ruh yüksəkliyi düşmənə sarsıdıcı zərbələr endirməyə kömək etdi. Erməni silahlı qüvvələri Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü və bu güc qarşısında geri çəkilməyə məcbur oldu. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi və ətrafındakı yüksəkliklər,xüsusilə “Lələtəpə” yüksəkliyi eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizləndi.
Çıxış edən natiqlər qeyd etdilər ki, hazırda Azərbaycan Ordusu regionun güclü ordularındadndır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu hazırda güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunmaqdadır. Azərbaycanın Müdafiə Nazirliyinin beynəlxalq əlaqələrinin inkişafı da ordumuzun möhkəmlənməsində xüsusi factor kimi diqqəti cəlb edir. Bu gün Azərbaycan Ordusu ölkəni istənilən təcavüzdən qorumağa qadirdir.
Sonda 26 İyun-Silahlı Qüvvələr günü ilə əlaqədar Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai  Birliyi tərəfindən “FƏDAİ” medalı ilə təltif olunan Qarabağ müharibəsi əlili İsmayılov Cavanşir və Qasımov Seyidə medal təqdim olundu.

Keçidlər