Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayon İnteqrasiya təlimli internat tipli gimnaziyanın əsaslı təmirdən sonra açılışı olub

15 sentyabr 2016 | 16:00

15 sentyabr 2016-cı il tarixdə  yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə Balakən rayon İnteqrasiya təlimli internat tipli gimnaziyanın əsaslı təmirdən sonra açılışı olub.
Açılış mərasimində Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Fərzəli Qəribov iştirak edib.
Tədbirdə çıxış edən RİH-nin başçısı İslam Rzayev  əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları proqramının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, dövlət başçısının elmə, təhsilə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində son bir neçə ildə respublikamızda yüzlərlə yeni məktəb binasının tikilib istifadə verildiyini, təhsil ocaqlarının əsaslı təmir olunduğunu, məktəblərin kompyuterlərlə, müasir avadanlıqlarla təchiz olunduğunu nəzərə çatdırmışdır. Qeyd olunub ki, son  illərdə rayonda 32 yeni məktəb tikilib, 3 məktəb isə əsaslı təmir olunub. Məktəblərin maddi-texniki təminatı xeyli yaxşılaşdırılıb. Hər il yeni dərs ilində əsaslı təmir edilmiş və yeni inşa edilmiş təhsil ocaqlarının açılması artıq ənənə halını alıb.
Daha sonra qonaqlar İnteqrasiya təlimli internat tipli gimnaziyada yaradılmış şəraitlə tanış olublar. Məlumat verilib ki, məktəb 1966-cı ildə inşa olunub və indiyədək təmir edilməyib. Bu il Təhsil Nazirliyinin vəsaiti hesabına əsaslı təmir olunan məktəb binası şagird və müəllimlərin istifadəsinə verilib. 450 yerlik məktəbdə 120 nəfər şagirdin yatılı olaraq təhsil alması üçün hər cür şərait yaradılıb.
Mərasimdə İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Bəsirət Nastakalova onlara yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Keçidlər