Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Konstitusiya Günü qeyd edilib

13 noyabr 2016 | 16:00

Balakən rayonunda milli Konstitusiyamızın qəbul edilməsinin növbəti ildönümü ilə əlaqədar tədbir keçirilib.
         Tədbiri giriş sözü ilə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev  açaraq rayon ictimaiyyəti nümayəndələrini Konstitusiya günü münasibətilə təbrik edib. İslam Rzayev  bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası mühüm tarixi mərhələlərdən keçib. Müstəqil Azərbaycanın Konstitusiyası isə dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən danışan natiq bildirib ki, Azərbaycan xalqının strateji seçimi olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində respublikada bütün sahələrdə köklü islahatlar aparılıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya dövlətçilik tariximizdə yeni bir mərhələ açıb, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdib.
         Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ulu öndərin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Konstitusiyamızın daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdikləri mühüm işləri xatırladaraq bildirib ki, 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixlərdə qəbul olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktlarına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər ölkəmizin daha da inkişaf etməsinə xidmət edib.
          Balakən rayon məhkəmisinin hakimi Hümbət Səlimov məruzə ilə çıxış edərək bildirib ki, 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan xalqı çətin sınaqlardan keçməli oldu. Bir yandan xarici düşmən təcavüzü, torpaqların itirilməsi, digər tərəfdən ölkədaxili çəkişmələr, iqtisadi böhran ölkəni iflic vəziyyətinə salmışdı. Ulu Öndər Heydər Əliyevin xalqın ağır günlərində məhv olmaq təhlükəsi qarşısında qalmış dövlətin idarəçilik yükünü öz çiyinlərinə götürməsi Azərbaycan xalqı üçün xilas yolu oldu. Tamamilə iflic olmuş, əmlakı talan edilmiş, ordusu olmayan, iqtisadiyyatı dondurulmuş bir ölkəni yenidən qurmaq, onun bütün strukturlarında islahatlar aparmaq, artıq öz funksiyasını itirmiş, heç bir qüvvəyə malik olmayan qanunların yeniləri; daha sivil, daha demokratik   qanunlarla əvəz etmək kimi çətin missiyanı öz üzərinə götürmək bu müdrik insanın xalqı qarşısında fədakarlığı idi. Konstitusiya – ali hüquqi qüvvəyə malik olan qanunvericilik aktıdır. Azərbaycan Respublikası hüququnun bütün sahələri əsas qanunumuza  uyğun olmalıdır.
            Daha sonra Nizami adına şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi  Elvin Əliyev və Akademik Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Leyla Rəcəbova 12 noyabr –Konstitusiya günü ilə əlaqədar çıxış ediblər.

Keçidlər