Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayon Heydər Əliyev Mərkəzi ulu öndərin xatirəsinin anım günü ərəfəsində hər gün çox saylı ziyarətçi qəbul edir

08 dekabr 2016 | 16:00

Müasir Azərbaycanın memarı, bugünkü sürətli və davamlı innovativ iqtisadi inkişafın əsası olan strategiyanın müəllifi ümummilli lider Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi sevgi qazanmışdır. Xalqın böyük oğlu, dünya şöhrətli müdrik siyasi xadim dünyasını dəyişsə də, onun xatirəsi əbədi yaşaryır və zəngin irsi Azərbaycana doğru istiqamət göstərir.
Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi ulu öndər Heydər Əliyevin xatirəsinin anım günü ilə əlaqədar 1 dekabr 2016-cı il tarixindən Balakən rayon Heydər  Əliyev Mərkəzi rayonun bütün ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri  tərəfindən ziyarət olunur və onlara Ulu Öndərin xalqımızın tarixində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda göstərdiyi misilsiz xidmətlərinə həsr olunmuş filmlər nümayiş etdirilir.

Keçidlər