Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı bəşər tarixinin dəhşətli soyqırımıdır

25 fevral 2017 | 16:00

Xocalı faciəsinin 25-ci ildönümü respublikamızın hər yerində olduğu kimi Balakən rayonunda da geniş şəkildə qeyd olunub.
Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarda, ümumtəhsil məktəblərində faciə ilə bağlı müxtəlif tədbir və anım mərasimləri, sərgilər keçirilib, mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər  təşkil olunub, fevralın 24-də  rayonun ümumtəhsil məktəblərində  ilk dərslər Xocalı faciəsinə həsr olunub.
Faciənin ildönümü ilə bağlı Rayon İcra Hakimiyyətində  Xocalı şəhərindən köçkün düşərək Balakən rayonda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirilib. Mərasimində çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bildirilib ki,  bu faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanıb. 
Bu gün Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə ölkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.
Tədbirdə çıxış edən xocalılar ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını  qeyd edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri daha sonra ”Şəhidlər Xiyabanı”nda vətənin azadlığı və suverenliyi uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə önünə gül-çiçək dəstələri qoyublar.
Tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş bəşəriyyət tarixinin ən böyük qətliamlarından olan Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş sərgi ilə tanış olublar.  Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon mədəniyyət işçilərinin ifasında faciənin dəhşətli məqamlarını və erməni vandalizmini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub.

Keçidlər