Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə ilaxır çərşənbə qeyd edilib

17 mart 2017 | 16:00

Rayonun  Qabaqçöl qəsəbəsində  İlaxır çərşənbə bayramı qeyd olunub.
Əvvəlcə RİH-nin başçısı İslam Rzayev musiqi sədaları altında bayram tonqalını alovlandırıb.
Daha sonra tədbir iştirakçılarını  Novruz bayramı münasibətilə təbrik edən RİH-nin başçısı İslam Rzayev bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. İcra başçısı bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, ilaxır çərşənbə hesab olunan torpaq çərşənbəsinin xüsusiyyətlərindən danışıb. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən İslam Rzayev onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib. Natiq qeyd edib ki, Novruz bayramını ölkəmizdə yaşayan etnik və dini müxtəlifliyindən asılı olmayaraq hər kəs ruh yüksəkliyi və sevinclə bayram edir.
Bu gün Qabaqçöl qəsəbəsi Novruz bayramını müasir siması ilə böyük təntənə və çoşqu ilə qarşılayır. Son illər dövlətimizin həyata keçirdiyi tədbirlər nəticəsində qəsəbə və kənddaxili yollara asfalt çəkilib, artezian quyuları qazılıb, yeni məktəb binaları və uşaq bağçaları inşa edilib. Görülmüş işlər bizləri sevindirir və gələcəyə daha nikbin, daha gözəl baxmağa ümidləndirir.
Torpaq çərşəmbəsi həmçinin əkinçilik bayramı kimi də qeyd edilir. Kənd təsərrüfatı ilə məşğul olan, torpağa bağlı olan insanlarımız yazın gəlişi, torpağın canlanması ilə çox sevinirlər. Yeni gələn ilin bolluq və bərəkət ili olması üçün torpağın əkilib becərilməsi çox vacibdir.
Yazın rəmzi olan Bahar qızın meydana gəlişi isə böyük alqışlarla qarşılanıb. Kosa və Keçəlin zarafatları ilə davam edən bayram şənliyi iştirakçılarda  gözəl əhval-ruhiyyə yaradıb.

Keçidlər