Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

03 aprel 2017 | 16:00

Balakəndə  31 Mart - Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə anılıb. Ümumrayon anım mərasimində iştirak edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə-kompleksini ziyarət edərək önünə gül dəstələri düzüb.
Mərasimdə rayonun hüquq-mühafizə orqanlarında, idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışan yüzlərlə rayon sakini soyqırımı qurbanlarına dərin ehtiramlarını bildirib, abidə önünə tər gül dəstələri düzüblər.
Daha sonra rayon icra hakimiyyətinin inzibati binasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən RİH-nin başçısı İslam Rzayev qeyd edib ki, son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirilib. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşaiyət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. İ.Rzayev qeyd etdi ki, bu soyqırımının tanınması və tarixdən silinməməsi istiqamətində ilk dəfə 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" Ümummilli lider Heydər Əliyev "31 Mart Azərbaycanlıların soyqırımı Günü" kimi qeyd olunması üçün xüsusi fərman imzalamışdır.
Tədbirdə məruzə ilə çıxış edən RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova bildirdi ki, ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqını Yer üzündən tam silmək kimi iyrənc niyyətlər bütün çılpaqlığı ilə üzə çıxmışdır. Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə yerli əhaliyə qarşı soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci il mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinə hüquqi və siyasi qiymət ulu öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə verilmişdir. Ümummilli liderin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı  tarixi həqiqətlərin üzə çıxmasına təkan vermiş, bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramazan Xutra bildirdi ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı milli mənafe ətrafında birləşməli, müstəqilliyimizin əbədi və dönməz qalması, torpaqlarımızın düşmən işğalından təmizlənməsi üçün öz qüvvəsini əsirgəməməlidir. Mənfur ermənilərin törətdikləri bu soyqırımı unutmağa bizim haqqımız yoxdur. Böyüməkdə olan gənc nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı mübarizə ruhunda tərbiyə etmək bizim mühüm vəzifəmizdir.

Keçidlər