Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyeva böyük insan, görkəmli elm xadimi, dəyərli pedaqoq idi

28 aprel 2017 | 16:00

Balakən şəhər Akademik  Z.Əliyeva adına şəhər 3 saylı tam orta məktəbdə və Heydər Əliyev Mərkəzində  Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Balakən RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələləri şöbəsinin müdiri Nəzakət Rüstəmova bildirib ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alimin anadan olmasının 94-cü ildönümü nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da silsilə tədbirlərlə qeyd edilir, sonsuz məhəbbətlə anılır. Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışan natiq, alimin bu sahədə apardığı elmi-tədqiqat işlərinin böyük səmərə verdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, bu sahədə qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifə açıb. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.
Daha sonra çıxış edən natiqlər tanınmış alim, böyük insan, görkəmli ictimai xadim, dəyərli pedaqoq, gözəl həyat yoldaşı və ana, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müasir gənclər üçün də bir örnək olduğunu qeyd edib, onun tibb sahəsindəki uğurlarından söz açıblar.
Tədbirdə məktəblilərin ifasında şerlər, görkəmli oftolmoloq alimin həyat və fəaliyyətini əks etdirən foto slayd nümayiş olunub.
Sonda səsləndirilən  "Ana" mahnısı tədbir iştirakçılarına duyğulu və kövrək anlar yaşadıb.

Keçidlər