Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində qələbənin 72-ci ildönümü qeyd olunub

09 may 2017 | 16:00

Mayın 9-da Balakən  rayonunda faşizm üzərində qələbənin 72 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq mühafizə orqanı rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri İkinci Dünya Müharibəsində həlak olmuş balakənlilərin xatirəsinə ucaldılan “Ana”  abidə-kompleksinin önünə tər gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.
Sonra Balakən rayon İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr verilib. Səhhəti və qocalığı ilə əlaqədar tədbirdə iştirak etməyən Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərə baş çəkilib.

Keçidlər