Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

10 may 2017 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Balakən rayonunda silsilə tədbirlər keçirilib. Əvvəlcə iştirakçılar Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında yerləşən möhtəşəm abidəsi önünə gül-çiçək dəstələri qoyub, ümummilli liderin xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin salınması və onların mühafizəsi ilə bağlı mövcud ənənəyə uyğun olaraq növbəti ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirilib. İməcilikdə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, icra aparatının əməkdaşları, RİHB-nin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyələr, rayonun təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrinin kollektivləri iştirak ediblər. Balakən rayonunun  Katex və Qullar kəndi istiqamətində müxtəlif növ ağaclar əkilib, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.
Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən Balakən RİH-nin başçısı İslam Rzayev ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Lideri mənsub olduğu xalqa bəxş edən günün özü də ümummilli önəm daşıyır. Milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub. Biz də fəxr edirik ki, ulu öndərimizin əmanəti olan, onun ideyalarını yaşadan, inkişaf etdirən, gündən-günə müasirləşdirən Azərbaycanın, ən əsası güclü dövlətçilik təməli olan bir ölkənin vətəndaşlarıyıq. Bu xoşbəxtliyi bizə bəxş edən ulu öndər Heydər Əliyevə əbədi minnətdarıq və qəti əminik ki, dahi öndərimizin ideyaları neçə-necə gələcək nəsilləri yüksək ideallar uğrunda mübarizəyə ruhlandıracaqdır.
Tədbirdə rayon mədəniyyət işçilərin ifasında Xalq Şairi Zəlimxan Yaqubun ulu öndər Heydər Əliyevə həsr olunmuş “Əbədiyyət dastanı” poeması əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbir boyunca Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd-şou göstərilib.

Keçidlər