Şriftin ölçüsü :

Saytın rəngi :

Bilik yarışlarının final mərhələsi keçirilib

05 iyun 2017 | 16:00

İyunun 3-də Balakən Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Balakəndə yerləşən ümumtəhsil məktəbləri arasında keçirilən bilik yarışlarının final mərhələsi baş tutub. Yarışlar 4 mərhələdə: məktəb, zona, yarımfinal və final mərhələrində keçirilib. Final mərhələsində zona üzrə keçirilən yarışlarda qalib gəlmiş 6 komanda mübarizə aparıb.
Yarışların keçirilməsində əsas məqsəd məktəblilərin intellekt və bilik səviyyəsinin, məntiqi təfəkkür bacarıqlarının inkişaf etdirilməsi, həmçinin şagirdlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi olub.
Yarışda I yeri Humanitar və texniki fənlər təmayüllü liseyin, II yeri Balakən şəhər 1 nömrəli tam orta məktəbin, III yeri isə Qazma kənd 1 nömrəli tam orta məktəbin komandaları qazanıb.
Qaliblər Balakən RTŞ tərəfindən diplom, medal, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Keçidlər