Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə dövlət qulluqçularının peşə bayramı təntənə ilə qeyd edildi

23 iyun 2017 | 16:00

           İyunun 23-də Dövlət Qulluqçularının peşə bayramı günü Balakəndə təntənə ilə qeyd edilib. Əvvəlcə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, icra başçısının müavinləri, İcra Aparatının kollektivi və rayonda fəaliyyət göstərən müəssisələrin dövlət qulluqçuları Heydər Əliyev adına mədəniyyət və istirahət parkına  gələrək Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə təzə-tər gül dəstələri düzdülər.
       Bayram tədbirini giriş sözü ilə açan Balakən RİH-nin başçısı İslam Rzayev bütün dövlət qulluqçularına təbriklərini çatdıraraq qeyd etdi ki, bu gün müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi proqramların həyata keçirilməsində dövlət qulluqçuları fəal mövqe nümayiş etdirərək Vətənə, cəmiyyətə layiqincə xidmət göstərirlər. İcra başçısı hazırda Balakəndə sağlam ab-havanın, işgüzar əhval-ruhiyyənin hökm  sürdüyünü, İcra Aparatında və digər müəssisələrdə çalışan dövlət qulluqçularının öz peşələrinə sədaqətli olduqlarını vurğuladı, son illərdə rayonda qazanılan uğurlarda onların zəhmətini xüsusi qeyd etdi, rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışdı. Kadrların peşə hazırlığı məsələlərindən ətraflı söz açan İslam Rzayev yekunda bütün dövlət qulluqçularını, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Aydın Xoçberovu əlamətdar gün münasibətilə təbrik etdi,onlara ən səmimi arzularını çatdırdı və fəaliyyətlərində yeni-yeni uğurlar dilədi.
        Sonda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna Balakən RİH-nin Fəxri Fərmanları təqdim olundu.

 

Keçidlər