Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri müzakirə olunub

13 iyul 2017 | 16:00

    2017-ci il iyulun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Balakən rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar -müşavirə keçirilib.
Balakən rayon İcra Hakimiyyətində baş tutan tədbirdə dini icmaların sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev dövlət-din münasibətlərinə toxunaraq bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin başlıca məqsədi Azərbaycanda dinlər arasında mövcud olan tolerantlıq mühitini qoruyub saxlamaqdır. O qeyd edib ki, hazırda ölkəmizdə dini sabitliyin hökm sürməsi həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün ölkəmizdə mövcud olan tolerantlıq, müxtəlif konfessiyaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşaması bütün dünyaya  nümunədir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan olunması, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsini İslam dünyasında həmrəyliyə, birliyə töhfə olmaqla yanaşı, həm də dünyada sivilizasiyalar arasında həmrəyliyə müsbət təsir göstərəcəkdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı seminar-müşavirədə məruzə ilə çıxış edərək bildirib ki, dövlət-din münasibətlərinin başlıca məqsədlərindən biri ölkədə mövcud olan tolerantlığın qorunması, müxtəlif dini konfessiyalara mənsub dini icmaların öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməsidir. DQİDK sədrinin birinci müavini ölkəmizdə milli-mənəvi və İslami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edərək diqqətə çatdırıb ki, Azərbaycan bütün dini konfessiya nümayəndələrinin birlik, mehribanlıq şəraitində yaşadığı multikultural ölkədir. S.Salahlı, həmçinin dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları haqqında danışıb, Azərbaycan dövlətinin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlər haqqında məlumat verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.

 

Keçidlər