Şriftin ölçüsü :

Saytın rəngi :

Payız əkinində Balakəndə 1000 hektar sahədə yeni fındıq bağları salınacaq.

26 oktyabr 2017 | 16:00

  Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar Balakən rayonunda da uğurla icra olunur. Belə ki, cari ilin yaz aylarında rayonda 662 hektar sahədə yeni fındıq bağları salınıb. Payız mövsümündə isə rayon ərazisində daha 1000 hektar sahədə yeni bağların salınması nəzərdə tutulur. Fındıq pöhrələrinin əkiləcəyi ərazilər artıq müəyyənləşdirilib. Əkin kampaniyasına yaxın günlərdə başlanılacaq.

   Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 7 min 930 hektardır. Bu bağların 2 min 264 hektarı son iki ildə salınıb. 2016-cı ildə fındıq bağlarından 4 min ton məhsul tədarük olunub. Rayon əhalisi fındıq istehsalından 12 milyon manat gəlir əldə edib.

Keçidlər