Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilmişdir.

01 noyabr 2017 | 16:00

   Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “1 noyabr-Kənd Təsərrüfatı işçilərinin Peşə Bayramı” keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, Kənd Təsərrüfatı İdarəsinin və digər bu sahə ilə məşğul olan işçilər, eləcə də fermerlər iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəsti qoymuşlar. Sonra RİHB-nın birinci müavini cənab Azad Balayev Kənd Təsərrüfatı işçilərini və fermerləri təbrik etmiş, rayonda aqrar sahədə həyata keçrilən işlərdən geniş söhbət açmışdır. Eyni zamanda rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Məhəmməd Şərifov və fermer Xəmmədov Ramazan rayonda kənd təsərrüfatının inkişafı üçün yaradılmış şəraitdən və bu sahədə görülmüş işlərdən söhbət açmışdır.

   Sonda xatirə şəkili çəkilmişdir.

Keçidlər