Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Konstitusiya Günü qeyd edilib.

10 noyabr 2017 | 16:00

      Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasında milli Konstitusiyamızın qəbul edilməsinin növbəti ildönümü ilə əlaqədar tədbir keçirilib.
         Tədbiri giriş sözü ilə Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev açaraq rayon ictimaiyyəti nümayəndələrini Konstitusiya günü münasibətilə təbrik edib. Azad Balayev  bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası mühüm tarixi mərhələlərdən keçib. Müstəqil Azərbaycanın Konstitusiyası isə dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən danışan natiq bildirib ki, Azərbaycan xalqının strateji seçimi olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində respublikada bütün sahələrdə köklü islahatlar aparılıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya dövlətçilik tariximizdə yeni bir mərhələ açıb, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdib.
      Natiq ulu öndərin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Konstitusiyamızın daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdikləri mühüm işləri xatırladaraq bildirib ki, 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixlərdə qəbul olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktlarına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər ölkəmizin daha da inkişaf etməsinə xidmət edib.
       Balakən rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. İnsan şəxsiyyətinin toxunulmazlığı, layiqli həyat səviyyəsinin təmini, hümanizm və insanpərvərlik prinsipləri Əsas Qanunumuzun başlıca mahiyyətini təşkil edir.Əsas Qanunda Azərbaycan Respublikası hüquqi dövlət kimi müəyyən edilir. İnsan və vətəndaş hüquq və azadlıqları, onların tanınması, müdafiə və təmin edilməsi qanunvericiliyin, onun tətbiqedilmə təcrübəsinin hüquqi xarakterinin əsas və təyinedici meyarı kimi təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan və vətəndaşın hüquq və azadlıqlarının prinsipi dövlət hakimiyyətinin bütün sahələrinə ünvanlanaraq onları bu hüquqlarla əlaqələndirir və onlar üçün müəyyən vəzifələr yaradır.
     Daha sonra Nizami adına şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi  Elvin Əliyev və Humanitar və texniki təmayüllü liseyin tarix müəllimi Günel Məmmədova  12 noyabr –Konstitusiya günü ilə əlaqədar çıxış ediblər.

Keçidlər