Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən şəhər Uşaq İncəsənət Məktəbi üçün 320 şagird yerlik yeni binanın tikintisinə başlanılıb.

01 dekabr 2017 | 16:00

   Binanın tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli Sərəncamı ilə dövlət büdcəsindən Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

   Balakən şəhərinin Səttar Gözəlov küçəsində inşa edilən üçmərtəbəli binanın bünövrəsinin qazılması və betonlanması işləri artıq yekunlaşıb. Hazırda binanın zirzəmisində tikinti işləri aparılır.

   İnşaat işlərini “Tikinti Quraşdırma” MMC-nin kollektivi yerinə yetirir. Binanın tikintisinin 9 aya tamamlanması nəzərdə tutulur.

Keçidlər