Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən RİH-nin başçısı növbəti səyyar-qəbul görüş keçirib.

16 fevral 2018 | 16:00

   Balakən rayonunda ənənəvi hal alan, rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.
    Növbəti səyyar qəbul fevralın 15-də rayonun Xalatala kəndində  keçirildi.
   Xalatala kənd tam orta məktəbində baş tutan görüşdə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 70 nəfər kənd sakini iştirak edib.
Kənd sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulların məqsədinin, yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.  Bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirən İslam Rzayev Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
   RİH-nin başçısı İslam Rzayev ötən müddət ərzində kənddə bir çox işlərin görüldüyünü, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımlar atıldığını, onlarla keçirilən hər bir görüşdən sonra ərazidə xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü diqqətə çatdırdı. Rayon rəhbəri həmçinin qeyd etdi ki, son illər ərzinə Xalatala kəndində yeni məktəb binası inşa olunub, kənd tamamı ilə qazlaşıb, 2017-ci ilin avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayona səfəri çərçivəsində Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışını edib. Həmçinin kənddə yeni körpü istifadəyə verilib, subartezian quyusu qazılıb. Bütün bunlar  Azərbaycan dövlətinin respublikamızın hər yerinə olduğu kimi, Balakən rayonuna göstərdiyi diqqət və qayğının əyani təzahürüdür.
   Xalatala kənd sakini Məhəmməd İsayev kənddə abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürünü bildirdi. M.İsayev kənddə yeni subartezian quyusunun qazılması işinin sürətləndirilməsinə köməklik göstərilməsini xahiş etdi.
   Kənd sakini Murtuzəli Qalayçiyev kənd təsərrüfatının inkişafına göstərdiyi diqqətə görə ölkə başçısına öz minnətdarlığını bildirdi. Daha sonra o,köhnə elektrik xətlərinin yeni isə əvəz olunmasına köməklik göstərilməsini xahiş etdi.
   Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran İslam Rzayev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğuladı. İslam Rzayev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verdi.

 

Keçidlər