Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən məktəbliləri Gəncə-Şəmkir-Göygöl rayonlarına yola düşdülər.

15 mart 2018 | 16:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan «Ölkəmizi tanıyaq» devizi ilə onların respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Balakən rayonundan olan təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 40 nəfər məktəblidən ibarət qrup  Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola düşüblər.
   Rayon İcra Hakimiyyətinin qarşısında təşkil olunmuş yola salma mərasimində məktəblilər, onların valideynləri, rayonun orta məktəblərinin kollektivlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak ediblər. Balakən rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova  iştirakçıları salamlayaraq şagirdlərə turun məqsədi barədə məlumat verib, gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.
   Turun keçirilməsi ilə bağlı bütün təşkilati məsələlər həll olunub, şagirdləri 4 müəllim və 1 həkim müşayət edir. Mərasimdə çıxış edən pedaqoji kollektivlərin nümayəndələri, məktəblilər və onların valideynləri belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlıq ediblər.

Keçidlər