Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “X Kitab Bayramı” qeyd olunub.

25 may 2018 | 16:00

  Respublikamızın hər bir rayonunda keçirilən “Kitab bayramları” yeniyetmə və gənclərin oxu vərdişlərini inkişaf etdirmək, mütaliəyə marağı artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaq məqsədi ilə həyata keçirilən tədbirlərdəndir.
   24 may 2018-ci il tarixində Balakən rayon Heydər Əliyev adına istirahət parkında ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş X Kitab bayramı keçirildi. Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və dövlət orqanlarının əməkdaşları, Mədəniyyət və Turizm Nazirliyinin Şəki Regional İdarəsindən gələn qonaqlar, rayonda fəaliyyət göstərən Mərkəzi Kitabxana Sisteminin əməkdaşları, oxucular, məktəblilər, müəllimlər, kitabsevərlər və rayon ictimaiyyəti iştirak etmişdir.
   Bayramda çıxış edən İcra Hakimiyyətinin başçısı İslam Rzayev dövlət tərəfindən bu gün Azərbaycanda mövcud olan bütün kitabxanaların dövlət qayğısı ilə əhatə olunmasını, kitabxanaların fondlarının zənginləşdirilməsini, maddi-texniki bazalarının gücləndirilməsinə diqqət ayrılmasını vurğuladı. Artıq bütün kitabxanalarımızda latın qrafikası ilə çap olunmuş kitabların olmasının çox sevindirici hal olmasını qeyd etdi.
   Sərgilənən qədim kitab nümunələri və müasir toplular maraqla qarşılandı. Tədbir oxucular və məktəblilər tərəfindən nümayiş olunan müxtəlif kompozisiyalarla və musiqili proqramla başa çatdı.

Keçidlər