Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunun orta məktəblərində son zəng sevinci yaşanıb.

14 iyun 2018 | 16:00

   İyun ayının 14-də respublikamızın hər yerində olduğu kimi Balakən rayonunda fəaliyyət göstərən orta məktəblərdə də son zənglə əlaqədar tədbirlər keçirilib. Tədbirlərdə məktəblilərin hazırladıqları musiqi parçaları, rəqslər ifa edilib, bədii kompozisiyalar nümayiş olunub. 11-ci sinfi bitirənlər bilik rəmzi sayılan açarı 10-cu sinif şagirdlərinə təqdim ediblər. Nəhayət, son zəng səsləndirilib, bu anı sevinc və həyəcan dolu duyğularla gözləyən onbirincilər yeni və fərqli, eyni zamanda, daha məsuliyyətli bir həyata qədəm qoyublar.
   Bu il ümumilikdə 758 şagird Balakən rayonunda məzun adını qazanıb.

 

Keçidlər