Şriftin ölçüsü :

Saytın rəngi :

İsrailin ölkəmizdəki səfiri Balakən rayonunda səfərdə olub.

24 iyul 2018 | 16:00

   İsrailin ölkəmizdəki səfiri Dan Stav respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində iyulun 24-də Balakən rayonunda olub.
   Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev keçirilən görüşdə diplomata Balakən rayonunun iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, həmçinin rayonda kənd təsərrüfatının inkişafı və gənclər sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlərdən söhbət açılıb. Səfir Azərbaycan ilə İsrail arasında əlaqələrin bütün sahələrdə uğurla davam etdirildiyini bildirib.
   Balakənə səfəri çərçivəsində səfir Dan Stav XVII-XVIII əsrlərdə inşa edilmiş Cümə Məscidində olub. Daha sonra səfir  Balakən 2 saylı ABAD Mərkəzinə,“Balacans” MMC konserv istehsalı müəssisəsinə, “Balxurma”  MMC-nin Katex kəndində yerləşən meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsinə və Balakən Yem zavoduna baş çəkib, istehsal prosesi ilə maraqlanıb, yerli sahibkarlarla söhbətləşib.

Keçidlər