Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunun Tülü kəndində növbəti səyyar qəbul keçirilib.

16 avqust 2018 | 16:00

  Əhalini narahat edən problemlərin həlli məqsədi ilə Tülü kəndində səyyar görüş keçirilmişdir. Görüşdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon icra hakimiyyətinin müavinləri və şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

   Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev son zamanlar rayonda aparılan işlər, əhalini narahat edən problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, kənd təsərrüfatının inkişafına yönələn tədbirlərin yerinə yetirilməsi vəziyyətini araşdırıb, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

   Tülü kənd sakinləri səyyar görüşdə kəndlərində, həmçinin rayonda aparılan işlərə görə razılıqlarını ifadə edərək əhalini narahat edən bəzi problemlərdən söz açıblar. Səyyar görüşdə əhali kənd yollarının asfaltlanması, Tülü 1 saylı tam orta məktəbinin əsaslı təmir olunması, kənddə yeni qazılan artezian quyusunun istismara verilməsinin sürətləndirilməsi, yeni yaşayış massivində elektrik xətlərinin təzələnməsi kimi təkliflərlə çıxış ediblər.

   Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev kənd sakinlərinin təkliflərinin həyata keçirilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

  Kənd sakinləri əhalini narahat edən problemlərin həyata keçirilməsi üçün görülən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər