Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə qarğıdalı istehsalının 44 min tona çatacağı gözlənilir.

08 sentyabr 2018 | 16:00

  Cari mövsümdə Balakən rayonunda 7040 hektar qarğıdalı sahəsinin məhsulunun yığılması nəzərdə tutulur. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 155 hektar artırılıb. Artıq təsərrüfatlarda qarğıdalı yığımına start verilib. İlk olaraq Qabaqçöl ərazisindəki təsərrüfatlarda yığım aparılır. İndiyədək rayonda 1200 tona yaxın dən qarğıdalı istehsal olunub. Cari mövsümdə rayonda qarğıdalı istehsalının 44 min tona çatacağı gözlənilir.

   Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər balakənli fermerlərdə bu sahəyə maraq xeyli artıb. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada birincilər sırasındadır. 2017-ci ildə balakənli fermerlər 6 min 885 hektar qarğıdalı sahəsindən 43 min 152 ton məhsul əldə ediblər.

Keçidlər