Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunun Mahamalar və Hənifə kəndlərində yeni artezian quyusu qazılıb.

24 sentyabr 2018 | 16:00

   Yaponiya hökumətinin maliyyə dəstəyi, Balakən rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə Mahamalar və Hənifə kəndlərində həyata keçirilən “İçməli su təchizatı qurğularının inşası” layihəsinin açılış mərasimi olub.
   24 sentyabr tarixində təşkil olunan mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev son illər rayonda həyata keçirilən sosial layihələrdən danışıb. Bildirib ki, Balakən rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi çox vacib məsələlərdəndir.
  Açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori çıxış edərək, bölgələrdə insanların içməli su ilə təminatı layihələrinə diqqətlə yanaşdıqlarını bildirib. Səfir vurğulayıb ki, açılışını etdiyimiz layihə Yaponiya hökumətinin Balakən rayonunda həyata keçirdiyi dördüncü layihədir.
    Daha sonra açılışı bildirən rəmzi lent kəsilib.

Keçidlər