Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə naziri Balakən rayonunda vətəndaşları qəbul edib.

08 noyabr 2018 | 16:00

   Noyabrın 8-də ədliyyə naziri Fikrət Məmmədov Balakən rayonundakı Mədəniyyət Mərkəzində Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

   Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

   Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

   Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər