Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Ulu Öndərin anım günü ümumxalq sevgisinin nümayişinə çevrilib.

12 dekabr 2018 | 16:00

   Görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anım günü Balakən rayonunda  böyük izdihamla qeyd olunub. Əvvəlcə Balakən rayon İcra hakimiyyətinin başçısı İslam Rzayev, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların kollektivləri, ümumtəhsil məktəblərinin müəllimləri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında  Ulu Öndərin  abidəsini  ziyarət  ediblər.  Abidənin  önünə  tər  çiçəklər  düzməklə  Ulu Öndərə hörmət və ehtiram  bildiriblər.
   Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr edən ümummilli lider Heydər Əliyevin vəfatının 15-cİ ildönümü ilə əlaqədar rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevə həsr olunan kitablar, Onun haqqında dövlət başçılarının, görkəmli şəxsiyyətlərin söylədiyi fikirlər və ümummilli liderin hikmətli kəlamlarından ibarət sərgiyə baxıblar.
   Daha sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Tədbirdə məruzə ilə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən bəhs edib, müstəqil Azərbaycanı ümummilli liderin şah əsəri adlandırıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.  
   Tədbirdə sonunda C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında “Soyqırımı Tarixinin Dastanı” tamaşası nümayiş etdirilib.                

Keçidlər