Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir.

20 yanvar 2019 | 16:00

   Qanlı Yanvar faciəsinin 29-cu ildönümü Balakən rayonunda silsilə tədbirlərlə qeyd olunub.

   Faciənin ildönümü ilə bağlı rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında, kitabxanalarda şəhidlərin xatirəsinə həsr olunan konfranslar, xatirə gecələri, dəyirmi masalar, idmanın müxtəlif növləri üzrə turnirlər, məktəblərdə inşa yazı və rəsm müsabiqələri təşkil olunub.

   Yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına gələrək, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş igidlərimizin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər. Saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Rayon Mədəniyyət Mərkəzində keçirilən xatirə tədbirinin iştirakçıları əvvəlcə foyedə şəhidlərin xatirəsinə həsr olunmuş rəsm sərgisinə baxıblar.

   Daha sonra tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu vurğulayıb, bu hadisələrin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini qeyd edib.

   Sonda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.                                   

Keçidlər