Şriftin ölçüsü :

Saytın rəngi :

Qazma kəndində növbəti səyyar qəbul keçirilib.

28 fevral 2019 | 16:00

   2019-cu il fevral ayının 28-də Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Qazma kəndində növbəti səyyar qəbul keçirib.

   İslam Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 fevral 2019-cu il tarixindəki müşavirəsində əhalini narahat edən bütün məsələlərin Prezidentin diqqət mərkəzində olduğunu bildirib. Prezidentin müşavirədə həmçinin uzun müddətdir əhalini narahat edən problemli kreditlərlə bağlı məsələyə də aydınlıq gətirərək bu istiqamətdə geniş miqyaslı araşdırmaların aparıldığını qeyd etdiyini diqqətə çatdırıb.

   Kənd sakinləri ilə növbəti görüşü zamanı İslam Rzayev cənab Prezidentin son islahatlar paketi barədə danışıb. Bu cür görüşlərdə vətəndaşların müraciətlərinin və problemlərinin diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

   Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.              

Keçidlər