Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz yarmarkası keçirilmişdir.

03 mart 2019 | 16:00

   Martın 2-də Balakən rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Balakən şəhəri Heydər Əliyev prospekti 96 ünvanında Novruz yarmarkası keçirilmişdir.

   Yarmarkada fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif etmişlər. Məhsulların keyfiyyətinə və qiymətlərinə nəzarət olunmuşdur.

   Cənab Prezidentin tapşırığı əsasında təşkil edilən bu yarmarkalarda məqsəd fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə yarmarkada sata bilmələri, əhalinin isə ucuz qiymətə bu məhsulları almasıdır.

   Ölkəmizdə aqrar sahəyə, o cümlədən fermerlərə göstərilən dövlət dəstəyi əhalinin məşğulluğunun təmin olunması, insanların sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, həm də məhsul bolluğu yaradır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır.

   Eyni zamanda rayonun fermerləri mart ayının 2-də Yasamal rayonunda Hüseyn Cavid prospekti, Azərbaycan Milli Elmlər Akademiyasının binasının qarşısındakı parkda təşkil olunmuş Respublika Novruz yarmarkasında geniş çeşiddə məhsullarla iştirak etmişlər.               

 

Keçidlər