Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirilib.

14 mart 2019 | 16:00

   Martın 14-də Balakən rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində rayon məktəbliləri ilə görüş keçirilib.
   Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tədbirdə çıxış edərək məktəblilərə ölkəmizin iqtisadi və siyasi qüdrətindən danışıb, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin daha da möhkəmləndiyini, ölkəmizin sabitlik və davamlı inkişaf diyarına çevrildiyini bildirib. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyanın əhəmiyyəti çox böyükdür. Burada əsas məqsəd gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.
   Məlumat verilib ki, bu il 15-18 mart tarixlərində təşkil olunan tur-aksiyada rayonumuzdan 40 məktəbli Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa rayonları istiqamətində iştirak edəcəkdir. Digər çıxış edən ziyalılar, tur-aksiya iştirakçıları və onların valideynləri bu önəmli layihəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
   Tədbirdə həmçinin “Sabahın alimləri” Respublika müsabiqəsinin qalibləri olan Balakən rayonu Nizami adına şəhər 1 saylı orta məktəbin XI sinif şagirdi Ustayev Elmir İmran oğlu, humanitar və texniki təmayüllü liseyin X sinif şagirdləri İsgəndərli Leyla Fazil qızı və Muradova Zərifə Akif qızı mükafatlandırılıb.   

Keçidlər