Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul İtitala kəndində keçirilib.

28 mart 2019 | 16:00

   2019-cu il mart ayının 28-də Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev İtitala kəndində növbəti səyyar qəbul keçirib.

   İslam Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin minimum əməkhaqqı və minimum pensiyaların yüksək faizlə artırılması, əhalinin dövlətin qayğısına daha çox ehtiyacı olan təbəqələrinin, o cümlədən əlillərin, müharibə veteranlarının, məcburi köçkünlərin, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş vətəndaşlarımızın, eləcə də tələbələrin sosial müdafiəsinin gücləndirilməsi və s. digər tədbirlərlə bağlı imzaladığı sərəncamlarının yüz minlərlə ölkə vətəndaşını əhatə etdiyini diqqətə çatdırıb. Kənd sakinləri ilə görüşü zamanı İslam Rzayev Azərbayacan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 fevral 2019-cu il tarixində "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanı barədə məlumat verib.

   Diqqətə çatdırılıb ki, ölkə başçısının imzaladığı fərman və sərəncamlar sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, rifahının yüksəlməsinə, güzəranının yaxşılaşmasına və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir.

   Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.               

Keçidlər