Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Balakəndə 7 min hektarda qarğıdalı əkilməsi nəzərdə tutulur.

26 aprel 2019 | 16:00

   Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Cari ildə rayonun təsərrüfatlarında 7 min hektar sahədə qarğıdalı əkilməsi planlaşdırılır. Bir neçə gündür təsərrüfatlarda qarğıdalı əkininə başlanılıb. Fermerlər qısa müddətdə 324 hektar sahəyə qarğıdalı əkiblər.

   Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötən il rayonda 43 min tona yaxın dən qarğıdalı istehsal olunub.

   Sevindirici haldır ki, təsərrüfatçılar zaman-zaman daha məhsuldar növ qarğıdalı toxumlarının səpininə və müasir aqrotexniki xidmətlərə üstünlük verirlər.          

Keçidlər