Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluğu mühüm əhəmiyyət daşıyan sahə, şərəfli bir peşədir.

22 iyun 2019 | 16:00

    Dövlət qulluqçuları Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesində mühüm rol oynayır, dövlətimizin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsində yaxından iştirak edirlər. Bu fikirlər dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Balakəndə keçirilən tədbirdə səsləndirilib.

   Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

   Rayonun rəhbər işçilərinin, dövlət qulluğunda fərqlənənlərin iştirak etdikləri tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bildirilib ki, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun rolunu, həmçinin BMT Baş Assambleyasının tövsiyəsini nəzərə alaraq, Azərbaycan Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı ilə 23 iyun hər il respublikamızda dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.

   Rayon rəhbəri çıxışında ölkəmizdə dövlət qulluğu sisteminin formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulanıb, hazırda respublikamızda dövlət idarəçiliyi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib.

   Sonda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.                              

Keçidlər