Şriftin ölçüsü :

Saytın rəngi :

Meşəşambul kəndində növbəti səyyar qəbul keçirilib

25 iyul 2019 | 16:00

   2019-cu il iyul ayının 25-də Meşəşambul kəndində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev növbəti səyyar qəbullar keçirib.

   Görüşdə çıxış edən İslam Rzayev yerlərdə keçirilən bu cür səyyar qəbulların əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib. Rayon rəhbəri qeyd edib ki, ilin əvvəlindən həyata keçirilən islahatların davamı olaraq Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərib. Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub.

   Diqqətə çatdırılıb ki, ölkə başçısının imzaladığı fərman və sərəncamlar sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, rifahının yüksəlməsinə, güzəranının yaxşılaşmasına və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir.

   Daha sonra sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.             

Keçidlər