Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənlilər “Bir gündə 650 min ağac əkək” təşəbbüsünə fəallıqla qoşulublar

06 dekabr 2019 | 16:00

   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə balakənlilər də yüksək əhval-ruhiyyə ilə qoşulublar. Genişmiqyaslı kampaniya çərçivəsində dekabrın 6-da keçirilən aksiyada rayon ərazisində minlərlə xan çinarı, eldar şamı, tuya və digər dekorativ ağac əkilib.

 Şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması, ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayonda əvvəlcədən ciddi hazırlıq işləri görülüb. Ağacların əkiləcəyi ərazilər müəyyənləşdirilib, çalalar qazılıb.

   Balakənlilər dekabrın 6-da ağacəkmə kampaniyasına şəhər mədəniyyət işçilərinin səsləndirdiyi musiqi sədaları altında başlayıblar. Rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivləri, gənclər, ziyalılar, sadə vətəndaşlar bu xeyirxah aksiyada ruh yüksəkliyi ilə iştirak ediblər. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması həyata keçirilib.                                                                                                         

Keçidlər