Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib

12 dekabr 2019 | 16:00

   Görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anım günü Balakən rayonunda böyük izdihamla qeyd olunub.

  Əvvəlcə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların kollektivləri, ümumtəhsil məktəblərinin müəllimləri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında UluÖndərin abidəsini ziyarət ediblər. Abidənin önünə tər çiçəklər düzməkə Ulu Öndərə hörmət və ehtiram bildiriblər.

   Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr edən ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevə həsr olunan kitablar, Onun haqqında dövlət başçılarının, görkəmli şəxsiyyətlərin söylədiyi fikirlər və ümummilli liderin hikmətli kəlamlarından ibarət sərgiyə baxıblar.

   Tədbirdə məruzə ilə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən bəhs edib, müstəqil Azərbaycanı ümummilli liderin şah əsəri adlandırıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Vurğulanıb ki, Azərbaycan xalqı artıq 16 ildir ki, qəlbində əbədi heykəlini qoyduğu Ulu Öndəri onun siyasi xətti ətrafında daha sıx birlik nümayiş etdirərək yad edir. Xalqımız təskinliyi onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu illər ərzində Azərbaycan, sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçmişdir.

   Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.                                                 

Keçidlər