Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ

18 mart 2020 | 16:00

 Koronovirus infeksiyasının (COVİD-19) qarşısının alınması istiqamətində rayon ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetindən  daxil olmuş məktuba və icra hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən 18 mart 2020-ci il tarixdən vətəndaşların qəbulu ilə əlaqədar aşağıdakı tədbirlər görüləcək:

  1. Rayon icra hakimiyyətinin inzibati binasında qəbul otağında Rayon İcra Hakimiyyəti başçısı və əməkdaşları tərəfindən vətəndaşların kollektiv və fərdi qəbulu müvəqqəti olaraq məhdudlaşdırılır.

  2. Şəhər, qəsəbə və kəndlərdə RİH başçısının  səyyar qəbulları müvəqqəti təxirə salınır.

  3. Vətəndaşların yazılı müraciətlərinin fasiləsiz qəbulu poçt və  elektron ünvan vasitəsilə, şifahi qəbulu isə rayon icra hakimiyyətində telefon rabitəsi və xüsusi olaraq ayrılmış otaqda “Teamviewer” proqramının vasitəsilə həyata keçiriləcək. 

  Müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması məqsədlə rayon icra hakimiyyətinin elektron poçt ünvanı və telefon nömrələri nəzərinizə çatdırılır:

  Elektron poçt ünvan: mail@balaken-ih.gov.az

   Telefon nömrələri:
         (024) 295-12-10
         (024) 295-40-10
         (024) 295-12-18

Keçidlər