Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə koronavirus əleyhinə tədbirlər davam etdirilir

27 mart 2020 | 16:00

Koronavirus (COVİD - 19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Balakən rayonunda tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər davam etdirilir. Rayon İcra Hakimiyyəti yanında yaradılan operativ qərargah Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.
  Martın 27-də rayonun Qabaqçöl qəsəbəsindəki parkda, insanların sıx toplaşdığı ərazilərdə, küçələrdə, qəsəbədə yerləşən ailə sağlamlıq mərkəzində, kəndlərdə yerləşən həkim və tibb məntəqələrində növbəti dəfə dezinfeksiyaedici tədbirlər görülüb.
    Dezinfeksiyaedici tədbirlər növbəti günlərdə də davam etdiriləcək.
   Bundan əlavə, mütəmadi olaraq sakinlərlə evdə qalmaları, habelə şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə söhbətlər aparılır, 65 yaşdan yuxarı vətəndaşlara küçələrə çıxmamaları tövsiyə olunur.                                                                              

Keçidlər