Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunun prospekt və küçələri dezinfeksiya olunur

31 mart 2020 | 16:00

 Balakən rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
   Rayonda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə Balakən Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib.
   Balakən şəhərinin prospekt və küçələri, yaşayış binalarının ətrafı və insanların yığcam toplaşdıqları başqa yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədilə kütləvi dezinfeksiya işləri aparılıb.                                                                  

Keçidlər