Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənli musiqiçilərin eyvandan canlı konserti maraqla qarşılanıb

27 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Balakən rayonunun musiqiçiləri sosial izolyasiya şəraitində olan sakinlərə “Qubek” otelinin eyvanından canlı konsert veriblər.
   Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşan konsertin təşkilində məqsəd oteldə qalan, insanların  sağlamlığının keşiyində dayanan fədakar tibb işçilərində, eləcə də ətraf binalarda yaşayan sakinlərdə ruh yüksəkliyi yaratmaq, onlara mənəvi dəstək vermək olub.
   Konsert zamanı Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Elman Əzimov, Talalar kənd sənətkarlıq evinin bədii rəhbəri Rasim Əliqayev və Mahamalar kənd folklor evinin bədii rəhbəri Burhan Rəşidov dinləyicilərə bəstəkar və xalq mahnılarını canlı ifalarla təqdim ediblər.
   Konsert proqramı sakinlər tərəfindən böyük maraqla qarşılanıb.                                                                                    

Keçidlər