Şriftin ölçüsü :

Saytın rəngi :

IX siniflər üçün buraxılış imtahanları keçirilib

19 iyun 2020 | 16:00

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 19-da Balakən rayonunda IX siniflər üçün buraxılış imtahanları keçirilib. İmtahanların keçirilməsi üçün Balakən rayonunda 5 mərkəz ayrılıb. Buraxılış (qəbul) imtahanları Balakən şəhərindəki 1 və 3 saylı tam orta, Texniki-humanitar təmayüllü lisey, Mahamalar və Hənifə kənd tam orta məktəblərdə təşkil olunub.
   Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
   İmtahanlarda Balakən rayonu üzrə 971 şagird iştirak edib. İmtahanların idarə olunmasına Balakən rayonunda 13 imtahan rəhbəri və 113 nəzarətçi-müəllim cəlb olunub.
   Bütün imtahan mərkəzlərində imtahanlar mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.                  

Keçidlər