Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın silahlanmada üstünlüyə malik olmasına dair bəyanatlar əsassızdır

13 avqust 2020 | 16:00

Azərbaycanın illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi diplomatik səylərin müqabilində, işğalçı Ermənistan yalnız təxribatçı addımlarla gündəmə gəlir. Bu çirkin niyyətini cəbhə xəttində yox, Azərbaycan-Ermənistan dövlət sərhədində həyata keçirir. Təbii ki, Ermənistanın regionda sabitliyi pozmağ cəhdlərinin arxasında böyük qüvvələr dayanır. Ermənistan isə əslində məqsədlərinə çatmaq üçün onların əlində bir oyuncaqdır. Ermənistanın müxtəlif beynəlxalq təşkilat və qrumlardan maliyyə dəstəyi aldığı da sirr deyil. Ermənistana hərbi dəstək verən ölkələrdən biri qonşu Rusiya digəri isə suverenliyini, ərazi bütövlüyünü birmənalı dəstəklədiyimiz Serbiyadır.
   Son zamanlar Ermənistanın Rusiyadan aldığı ikiyerli çoxməqsədli Su-30SM qırıcı təyyarəsi və “Tor-M2KM” zenit-raket kompleksləri hesabına guya öz ordularının silahlanmasını gücləndirməsi və Azərbaycan ərazisində demək olar ki, istənilən hədəfə, o cümlədən hava hücumundan müdafiə sistemlərini susdurma qabiliyyətinə malik olması barədə əsassız məlumatlar yayılıb.
   Bundan əlavə  İyulun 12-dən 16-dək Tovuz rayonu istiqamətində baş verən təxribat zamanı və iyulun 17-dən bu günədək Rusiyadan Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğu, Serbiyadan Ermənistana mina atanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah sursatların daşındığı faktı ortaya çıxıb.
   Ermənistan kimi təcavüzkar və işğalçı bir dövlətin silahlandırılması əslində işğala dəstək deməkdir. Bu dəstək status-kvonun saxlanılmasına xidmət edir.
  Ermənistana maliyyə və hərbi dəstək verən müxtəlif beynəlxalq təşkilat və qrumlar “Aprel” və “Tovuz” hadisələrinin Ermənistan üçün bir siqnal olduğunu unutmamlıdır.
   Tovuz hadisələrində işğalçı Ermənistan vandal iç üzünü və təxribatçı xislətini bir daha nümayiş etdirdi. Təxribatçıya dəstək olmaq isə üzvü olduğu beynəlxalq təşkilatların tələb və normalarına qarşı çıxmaqdır.

Keçidlər