Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Bankrot ölkə olan Ermənistanda böyük sayda silah-sursatın mövcudluğu dünya ictimaiyyətini düşündürməlidir”

20 oktyabr 2020 | 16:00

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Prezident İlham Əliyev müraciətində dünyanın bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi olduğunu vurğulayıb:  “Bütün sivil dünya qüvvələri rəsmi Yerevanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sıxışmayan əməllərin şahididir. Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55-dən çox insan ciddi yaralanıb. Baş verənlər Azərbaycana, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir. Öz ölkəni bataqlığa aparan cinayətkar Ermənistan hakimiyyəti: Ermənistanın rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Ermənistanın faşist rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması nəticəsində mülki əhali həlak olub, yaralanıb”.
   Oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş humanitar atəşkəs hər iki tərəfə həlak olmuş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradırdı. Bu, eyni zamanda Ermənistana iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həll edilməsində real addımlar atmaq üçün verilən son şans idi. İşğalçı üçün imkan idi ki, daha ağır zərbələr almaqdan xilas olsun. Lakin Paşinyan rejimi bu imkanı əldən verdi və təcavüzkar siyasətini davam etdirdi. Məkrli düşmən indiyədək etdiyi vəhşiliyin ən dəhşətlisini həyata keçirdi. Gəncədə çoxmənzilli binaları raket atəşinə tutmaqla qətliam törətdi. Bununla da nə qədər qəddar olduğunu, beynəlxalq hüququn norma və prinsiplərinə, 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymadığını boynuna almış oldu.
   İşğalçının humanitar atəşkəsin imzalandığı vaxtdan cəmi 14 saat sonra Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə uzaqvuran ballistik raketlərin atılması nə müharibə qaydalarına, nə də insanlığa sığan bir cinayət əməlidir. Ermənistanın bu əməlləri cəbhədəki uğursuzluqlarının fonunda faşist xislətlərinin faş olması idi. Müzəffər Azərbaycan Ordusu irəlilədikcə, Qarabağ uğrunda gedən döyüşlərdə qələbələr qazandıqca düşmənin öz məkrli niyyətinə çatmaq üçün başqa yolunun qalmamasının təsdiqi idi.
   Xalqa müraciətində cənab Prezident Ermənistanın törətdiyi cinayət əməllərini bu fikirlərlə ifadə etdi: “Ermənistanın rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Ermənistanın faşist rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması nəticəsində mülki əhali həlak olub, yaralanıb. Rəsmi Yerevan Cenevrə Konvensiyasına zidd əməllər törədir. Şuşaya və Qarabağın digər şəhərlərinə Livandan, habelə başqa ölkələrdən ermənilərin gətirilməsi və məskunlaşdırması hərbi cinayətdir, habelə Cenevrə Konvensiyasına ziddir. İşğaldan azad olunan ərazilər erməni vandalizmin şahididir. 30 il ərzində erməni vəhşilərinin əlində qalmış yaşayış məkanlarımız amansızcasına dağıdılıb. Bütün binalar və dini abidələrimiz sökülüb. Odur ki, Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir”.
   Ermənistanın bankrot ölkə olduğu halda böyük sayda silah-sursata sahib olması barədə də qeyd edən Prezident İlham Əliyev – “Bankrot ölkə olan Ermənistanda böyük sayda silah-sursatın mövcudluğu dünya ictimaiyyətini düşündürməlidir. Bank rezervlərində valyuta ehtiyatları cəmi 1,5 milyard dollar təşkil edən Ermənistanda, habelə xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil etdiyi halda müharibəni aparmaq üçün silah və texnikanı hansı yollar ilə əldə etməkləri böyük suallar doğurur. Azərbaycan xalqı bu açıq qalmış suallara cavab tələb etməyə haqqı var” dedi.
   “Ermənistanın əhalisi dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyətə qarşı çıxmalıdır. Ermənistan əhalisi kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Ermənistanda hərbi komissarlıqlarda təşkil olunan mitinqlər artıq onu deməyə əsas verir ki, onlar həqiqəti dərk ediblər və bu cinayətdə iştirak etmək istəmirlər. Erməni xalqı öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcəkdir”.
   Gəncəyə raket hücumları Ermənistanın hərbi-siyasi rəhbərliyinin qeyri-insani, faşist simasını bir daha ifşa etdi. Bir daha sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir.

Keçidlər