Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir

20 oktyabr 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir.
   Rayon icra hakimiyyətinin məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət 25 mobil qrup karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət, ictimai iaşə və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirir, əhalinin kütləvi şəkildə toplaşdığı meydan və parklarda maarifləndirici təbliğat işləri aparır. İctimai maarifləndirmə tədbirlərinə rayon gəncləri də fəal qatılıblar.
   Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi izah olunur, tövsiyələr verilir. Eyni zamanda, karantin qaydalarını pozan ticarət və ictimai iaşə obyektlərinin sahibləri, həmçinin vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilirlər.                                                                                                                                               

Keçidlər