Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən şəhərinin küçələrində təkrar dezinfeksiya işləri aparılıb

24 oktyabr 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Balakən rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
   Oktyabrın 23-də Balakən şəhərinin prospekt və küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb. Əlaqədar qurumların texnika və mütəxəssislərinin iştirakı ilə şəhərin küçələri suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla yuyulub, səkilər dezinfeksiya edilib.
   Eyni zamanda, karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün mobil qruplar tərəfindən ticarət və ictimai iaşə obyektlərində reydlər davam etdirilir, əhalinin kütləvi şəkildə toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparılır.                                                     

Keçidlər