Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə karantin rejimi ilə bağlı reydlər davam edir

16 noyabr 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda karantin rejimi qaydalarının yerinə yetirilməsinə nəzarət tədbirləri davam etdirilir.
   İcra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət, ictimai iaşə və digər obyektlərdə mütəmadi reydlər keçirir, əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparırlar.
   Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi izah olunur, tövsiyələr verilir. Eyni zamanda, karantin qaydalarını pozan ticarət və ictimai iaşə obyektlərinin sahibləri, həmçinin vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilirlər.                                                                                         

Keçidlər