Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Vətən müharibəsi qaziləri çoşqu ilə qarşılanıb

08 dekabr 2020 | 16:00

Qazilərin qarşılanmasında Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. “Şəhidlər Xiyabanı”nda baş tutan qarşılanma mərasimində rayon rəhbəri İslam Rzayev qaziləri Qələbə münasibətilə təbrik edib, onlara şəfa diləklərini və xoş arzularını çatdırıb.
   Bildirilib ki, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti, xalqın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsi işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə nəticələnib.

Keçidlər